Merkel Nobel Sülh Mükafatını ala bilər
09.10.2015 13:52 Dünyadan reaksiya 1840
Nobel Sülh Mükafatının sahibi bu gün açıqlanır. Mükafatın favoritləri arasında Almaniya kansleri Angela Merkelin də adı keçir.
Reaksiya.az xəbər verir ki, Nobel həftəsində verilən son Nobel Sülh Mükafatına layiq görülən şəxs və ya təşkilatlar bu gün ictimaiyyətə açıqlanacaq. Mütəxəssislər bu il mükafatın verilməsində qaçqın böhranının təsirli ola biləcəyini qeyd edir.
Almaniya kansleri və Xristian Demokrat Birlik Partiyasının sədri Angela Merkelin qaçqın böhranına görə tutduğu mövqeyi bu il onun favoritlər arasında olduğundan xəbər verir. İnternetdəki statuslarda da Merkelin qələbə qazanacağı bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarı və Eritreya üzrə təmsilçisi Mussie Zerainin də favoritlər arasında adı hallanır.
“Nobeliana” saytına görə, müxalif rus qəzeti "Novaya qazeta”nın da şansı yüksəkdir. 2006-cı ildə öldürülən rus jurnalist Anna Politkovskaya bu qəzetdə çalışırdı.
Qeyd edək ki, Nobel Sülh Mükafatı ənənəvi olaraq Alfred Nobelin ölüm tarixi olan 10 dekabrda sahiblərinə mərasimlə təqdim edilir.
Ötən il mükafatı Pakistanlı uşaq hüquqları aktivisti Malala Yusufzay və Hindistanlı uşaq həkimi Kailash Satyarthi almışdı.
Şərhlər