Ermənistandakı rus əsgər xidmət yoldaşını öldürdüyünü etiraf edib

15.06.2015 17:10     Dünyadan reaksiya     1750

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazasında saxlanılan hərbi qulluqçu İvan Novikov adlı əsgəri qətlə yetirdiyini etiraf edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində İ.Novikov adlı əsgərin meyiti tapılmışdı. Hərbi qulluqçunun bədənində zorakılıq izləri aşkarlanmışdı.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Hərbi hissənin mətbuat xidmətindən verilən ilkin məlumata əsasən, əsgərin ölümünə səbəb məişət zəminində baş vermiş münaqişə olub.

Şərhlər

Çox oxunanlar