Nobel Sülh Mükafatı sahiblərini tapdı

09.10.2015 14:37     Dünyadan reaksiya     1867

2015-ci il Nobel Sülh Mükafatının sahibi Tunis Beynəlxalq Dialoq Komitəsi olub.

Reaksiya.az xəbər verir ki, builki Nobel Sülh Mükafatına "Ərəb Baharı" ilə birlikdə vətəndaş müharibəsinin astanasına gələn və Tunisdə böhranı həll edən Milli Dialoq Dördlüsünə verilib.

Norveç Nobel Komitəsi vurğulayıb ki, Tunisdə Bin Əli rejiminin devrilməsindən sonra əldə edilən razılaşmada sosialistlərlə islamçılar razılığa gəlib, hakimiyyət isə demokratik yollarla dəyişdirilib.

Qeyd edək ki, mükafata namizədlər arasında Roma Papası Fransiskin, Almaniya kansleri Angela Merkelin, o cümlədən bir çox tanınmış insanların və qurumların adları olub.

Mükafatın Tunis Beynəlxalq Dialoq Komitəsinə verilməsi isə sürpriz kimi qarşılanıb.

Şərhlər

Çox oxunanlar