Türkiyə Ermənistana əsgər göndərir

09.10.2015 14:54     Dünyadan reaksiya     2644

Türkiyə diplomatik əlaqələrinin olmadığı, sərhədini bağlı saxladığı Ermənistana beynəlxalq tədbir çərçivəsində əsgər göndərəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Baş Qərargah Rəhbərliyinin mətbuat xidməti  verib.

Avropa Konvesiyası Silahlı Qüvvələr Müqaviləsi (AKKA) çərçivəsində göndərilirən türk xüsusi təyinatlıları Ermənistanda üç gün qalacaq.

Baş Qərargahlığın veridyi məlumat aşağıdakı kimidir:

“Avropa Konvesiyası Silahlı Qüvvələr Müqaviləsi çərçivəsində Türkiyənin rəhbərliyi ilə 11-14 Oktyabr 2015-ci il tarixləri arasında Ermənistanda AKKA nəzarəti icra ediləcək. Türk Xüsusi Təyinantlıları tərəfindən icra ediləcək nəzarətdə Slovakiyadan da əsgərlər iştirak edəcək”. 

Şərhlər

Çox oxunanlar