Sibel Məclis sədri seçildi
09.10.2015 17:25 Dünyadan reaksiya 1892
Şimali Kipr Cümhuriyyət Məclisinin sədrliyinə yenidən CTP-BG Lefkoşa millət vəkili Sibel Siber seçilib.
Reaksiya.az xəbər verir ki, Məclisin növbədənkənar sessiyasında qapalı səsvermə keçirilib.
Respublikaçı Türk Partiyası–Birləşmiş Güclər (CTP-BG) Qrupu tərəfindən namizəd göstərilən Sibel üçün səsverməyə qatılan 40 millət vəkillindən 32-si lehinə, 6-sı əleyhinə səs veriib. Bir nəfər isə bitərəf qalıb.
Prezident seçkisindən sonra Cümhuriyyət Məclisi sədrinin müavininin də seçimi baş tutub.
Bu vəzifəyə Demokrat Partiya-Dövlət Güclər (DP UG) İskele millət vəkili Hüseyn Avkıran Ayanlı seçilib.
Şərhlər