Gümrüdəki hadisə Putini qəzəbləndirdi
15.06.2015 19:17 Dünyadan reaksiya 2316
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gümrüdə rus hərbçisinin öldürülməsi barədə Vladimir Putinə məruzə ediləcəyini bildirib.
ANS PRESS Rusiya mətbuatına istinadən məlumatına görə, Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında rus əsgərin qətlə yetirilməsi barədə danışıb:
"Ermənistanda rus əsgərin qətlə yetirilməsi barədə məlumat yeni yayılıb. Hələlik qətl barədə prezidentə məruzэ edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Şübhəsiz ki, mediada çıxan xəbərlər müvafiq olaraq prezidentə məruzə edilir".
Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov vəhşicəsinə qətlə yetirilib.
Şərhlər