Universitetdə atışma - ölən və yaralananlar var

10.10.2015 00:25     Dünyadan reaksiya     1577

ABŞ-ın Arizona ştatının Flaqstaf şəhərində yerləşən universitetdə atışma baş verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Cinayəti törədən şəxs saxlanılıb.

Silahlı şəxsin tələbə birliklərinin yerləşdiyi korpus yaxınlığında atəş açdığı bildirilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, oxşar insident oktyabrın 1-də Oreqon ştatının Ampkua kollecində də baş vermişdi.

Şərhlər

Çox oxunanlar