Ankara partlayışında ölənlərin sayı 95-ə çatıb - YENİLƏNİB-4 - VİDEO
11.10.2015 00:10 Dünyadan reaksiya 4523
00:10
Reaksiya.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.
Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 246 nəfər yaralı var ki, onlardan 48-nin vəziyyəti ağırdır. Ölənlərdən 52 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olub.
16:47
Ankara qatar vağzalının qovşağında meydana gələn hücumda ölü sayı artır.
Reaksiya.az xəbər verir ki, Ankara şəhərinin baş prokuroru ölü sayının 47-yə çatdığını deyib.
15.07
Türkiyənin Daxili işlər Nazirliyi Ankara şəhərində iki partlayış nəticəsində ölənlərin sayının 30-a çatdığını deyib.
Reaksiya.az xəbər verir ki, 126 nəfərin də yaralandığı açıqlanıb.
Açıqlamada deyilir:
“Səhər saat 10:04 radələrində hələlik səbəbi məlum olmayan iki ayrı partlayış meydana gəlib. Partlayış nəticəsində ilkin hesablamalara görə 30 vətəndaşımız həyatını itirib, 126 vətəndaşımız isə yaralanıb. Yaralıların müalicələri müxtəlif xəstəxanalarda davam edir. Demokratiyamızı və ölkəmizin əmin-amanlığını hədəfə alan bu mənfur hücumu lənətlə pisləyirik. Hadisə ilə bağlı bütün orqanlarımız işlərini davam etdirir, hadisələr haqqında ictimaiyyətə əlavə məlumatlar veriləcək. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına və millətimizə başsağlığı, yaralılara şəfalar diləyirik”.
13.11
Ankarada qatar vağzalına gedən körpü altında baş verən partlayışda ölənlərin sayı 20-yə çatıb.
Reaksiya.az xəbər verir ki, şahidlər iki ayrı partlayış səsi eşitdiklərini söyləyib.
Günorta saatlarında KESK, DİSK, TMMOB və TTB-nin keçirəcəyi “Əmək, sülh, demokratiya” mitinqinin toplanma yeri olan Ankara Qatar Vağzalı qarşısında saat 10.00 radələrində baş verən partlayışda çox sayda insan yaralanıb.
Partlayış HDP-nin təşkil etdiyi nümayişinin yaxınlığında qeydə alınıb.
Dəmir yol vağzalının da binasına ziyan dəydiyi bildirilir.
12.48
Türkiyənin paytaxtı Ankara şəhərində sülh mitinqinin keçiriləcəyi qatar vağzalına gedən körpü altında iki bomba partlayıb.
Reaksiya.az xəbər verir ki, hadisə yerində ölü və yaralıların olduğu bildirilib. Partlayışın olduğu bölgəyə, səhiyyə qrupları və yanğınsöndürən maşınları göndərilib.
Alınan ilk məlumatlara görə partlayışları canlı bomba həyata keçirib.
Partlayışlar mitinqə qatılmaq üçün Ankara Qatar Vağzalında toplaşan və Sıhhiyeyə getməyə çalışan HDP-li qrupun toplamağa çalışdığı Gənclik Parkı ərazisində baş verib.
Türkiyə Barolar Birliyinin sədri Mətin Feyzioğlu partlayışlarda bir nəfərin öldüyünü deyib.
Şərhlər