"Ürəyimiz parçalanır" - Arda Turan
10.10.2015 15:49 Dünyadan reaksiya 2169
Futbol üzrə Türkiyə milli komandasının və “Barselona”nın məşhur oyunçusu Arda Turan bu gün Ankarada baş verən terror hücumunda həyatını itirənlərə başsağlığı verib.
Reaksiya.az xəbər verir ki, o, “Twitter” sosial şəbəkəsində bu sözləri yazıb:
“Ankarada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Ürəyimiz parçalanır. Bu gözəl ölkə qardaşlıq coğrafiyası olsun artıq".
Şərhlər