Putindən və ABŞ-dan Ərdoğana başsağlığı
10.10.2015 15:46 Dünyadan reaksiya 1911
Ankarada meydana gələn partlayışda həyatını itirənlərə görə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Kremlin Mətbuat Xidməti yayıb.
Məlumatda deyilir ki, Putinin Ərdoğana göndərdiyi teleqramda başsağlığı verilib, yaralılara şəfa dilənib.
ABŞ-ın Türkiyədəki səfirliyi də Ankaradakı qatar vağzalı qovşağında meydana gələn və 30 adamın öldüyü partlayış haqqında bəyanat verib.
Səfirlik, sosial paylaşma saytı olan Twitter vasitəsilə verdiyi bəyanatda hücumu pisləyərək "Ankaradakı son hücumu qınayırıq. Hamımız birlikdə terrora qarşı mübarizə aparmalıyıq” sözlərini deyib.
Şərhlər