Məşhurlar Ankara terrorunu lənətlədi
10.10.2015 17:33 Dünyadan reaksiya 2079
Ankarada 47 nəfərin öldüyü, 126 nəfərin yaralandığı partlayışdan sonra Türkiyənin məşhur insanları sosial mediada terroru lənətləyib.
Reaksiya.az xəbər verir ki, Hülya Avşar "Xahiş edirəm, biri bizi artıq xilas etsin" sözlərini yazıb.
Mahsun Kırmızıgül: “Bu ölkəyə yaşanılan bu acıları, insanlarımız qınayır. Terrorun bütün təzahürlərini lənətləyirəm”.
Selçuk Yöntem: “Bu nə vəhşilikdir, bu necə insandır. Lənət olsun bunu edənlərə”.
Şahan Gökbakar: “Baris yazan pankartların üzərində insanları təsirsiz hala gətirən bir ölkədir bura. 35 ildir ki, bu ölkədə axıdılan hər şeyə hamı cavabdehdir. Allah səbr versin. Alah barış versin bu torpaqlara”.
Esra Erol: “Ölkəmdə barisi və əmin-amanlığı xəyal edirəm sadəcə! Gün başlayarkən acı xəbəri eşidərək ürəyinə od düşən, həyatının ən böyük ağrısı olan ölüm xəbərini alan, ən sevdiklərinin, bəlkə övladlarının, bəlkə də ana-atasının, qohumunun, ya da canından çox sevdiyi dostunun acı xəbərini alan hər kəsə səbr diləyirəm! Başımız sağ olsun”.
Atilla Taş: “Ankaradakı partlayışda həlak olanlara rəhmət, yaralılara şəfalar diləyirəm. Kim bunu törədibsə, ona lənət edirəm!”.
Çağla Şikel: “Həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.
Dərya Baykal: “Ankaradakı partlayışda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət və yaralılara təcili şəfalar diləyirəm”.
Onur Akay: “Ankarada mitinq öncəsi keçirilən bu təcavüz, sülhə edilən təcavüzdür. Həyatını itirənlərə Allahdan rəhmət diləyir, terroru lənətləyirəm”.
Barış Atay: “Qorxmayacağıq, yıxılmayacağıq, geri addım atmayacağıq, əsla əl çəkməyəcəyik. Gedəcəksiniz, bu ölkənin gözəl xalqları qazanacaq”.
Arda Turan: "Ankarada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. İçimiz yanır. Bu gözəl ölkə qardaşlıq coğrafiyası olsun artıq".
Ece Erkən: “Ankarada baş verən partlayışda həlak olanların yaxınlarına başsağlığı diləyirəm, Allah səbr versin!”.
Gülben Ergen: “Ankaradakı terrora lənət olsun!”.
Demet Akbag: “Sözün bitdiyi yer dedik, amma o yerə hələ də çata bilmədik. Təəssüf ki, nə acı, nə qorxunc. Ankarada qətlianm var”.
Can Dündar: “Yeni bir həlldirmi bu? Bu, qanlı bir dövrü alışdırdı. Sülh yenidən gündəmə gəlir gəlməz, tətiyi çəkdilər. "Bu meydan qanlı meydan" dedilər. Meydan qana batdı”.
Sermiyan Midyat: “Doğulduğum yer, torpağını, havasını, suyunu nüfuz etdiyim yer Ankara. Bu necə dövran, necə vicdandır. Sözlər dolaşır, insanın boğazında”.
Berna Laçın: “Günəş qanla suvanır!”.
Arzum Onan: “Necə xain, necə qəddarlıq. Mitinqin adına "Baris" dedilər. Bildiyim bütün nifrətimi bildirirəm”.
Şərhlər