Türkiyədə 3 günlük matəm elan edilib

11.10.2015 00:48     Dünyadan reaksiya     1700

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsinin çoxsaylı insan təlafatı ilə nəticələnməsi ilə bağlı ümummilli yas elan edilib.

Reaksiya.az-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuat konfransında bəyan edib.

Ə. Davudoğlu deyib ki, ölkədə 3 günlük ümummilli yas elan edilib.  

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi nəticəsində ən az 86 nəfər dünyasını dəyişib, 186 nəfər yaralanıb.

Şərhlər

Çox oxunanlar