Rusiya aviasiyası Suriyada uçuşların intensivliyini artırıb
11.10.2015 01:07 Dünyadan reaksiya 1649
Rusiya aviasiyası Suriyada döyüş uçuşlarının intensivliyini artırıb. Buna səbəb Suriyanın bütün ərazisində çoxlu sayda hədəflərin müəyyənləşdirilməsidir. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
«Rusiya aviasiyasının Suriyada döyüş uçuşlarının intensivliyinin artması hava və kosmik kəşfiyyat vasitələrinin Suriyanın bütün ərazisində çoxlu sayda hədəflərin müəyyənləşdirilməsi ilə bağlıdır. Uçuşları SU-34, SU-24M və SU-25SM təyyarələri həyata keçirir”, deyə Konaşenkov bildirib.
Şərhlər