Obama Ərdoğana baş sağlığı verib

11.10.2015 01:32     Dünyadan reaksiya     1610

ABŞ prezidenti Barak Obama Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısı həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Obama bildirib ki, terrorizmlə mübarizə sahəsində Türkiyəyə hər növ dəstək verməyə hazırdır.

Şərhlər

Çox oxunanlar