Rusiyada “Tərcüman”ın davamçısı faəliyyətə başlayıb

12.10.2015 00:52     Dünyadan reaksiya     2145

Bu ilin oktyabr ayından etibarən Tataristanın pytaxtı Kazanda “Tərcüman” qəzetinin davamçısı kimi yeni Rusiyada yaşayan türkdilli xalqları biraraya gətirən qəzet fəaliyyətə başlayıb. Tatar aktivisti, “Azadlıq” Tatar Gənclər Birliyinin rəhbəri Nail Nabullin bildirib Eurasia Diary - ə eksklüziv açıqlamasında bildirib ki, qəzetin adı adi “Türk baxışı”dır: “Bu qəzet Rusiyada yaşayan türkdilli xalqları bir araya gətirmək üçün nəzərdə tutulub. Amma Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkstan və başqa Türk ölkələrində də paylanacaq. Qəzet rus dilində nəşr olunur, çünki Rusiyada olan bütün türklər rus dilini bilir. Türkdilli xalqlarda milli fikir, milli oyanış üçün çalışan və türklük və türkçülük ideologiyasında çıxış edən qəzeti “Azadlıq” Tatar Gəncləri Birliyi nəşr edir”.

Şərhlər

Çox oxunanlar