Lukaşenko yenidən Belarusun prezidenti seçildi

12.10.2015 09:46     Dünyadan reaksiya     1877

Belarusda keçirilən prezident seçkilərində yenidən Aleksandr Lukaşenko qalib gəlib. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən  o, səslərin 83,49 faizini toplayıb.

Bu barədə açıqlama verən Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, seçicilərin 6 faizi bütün namizədlərin əleyhinə səs verib.

Digər namizədlər Tatyana Korotkeviç 4,42 faiz,  Segey Qaydukeviş 3,32 faiz və Nikolay Ulaxoviç 1,67 faiz seçici səsi qazana bilib.

Yekun nəticələr vilayət seçki komissiyaları və Minsk şəhərinin seçki komissiyası arasında hər bir namizəd üçün verilmiş səslər barədə yekun protokol imzalandıqdan sonra açıqlanacaq. 

Şərhlər

Çox oxunanlar