Ankara terrorunda ölənlərin sayı 97-yə çatdı
12.10.2015 10:04 Dünyadan reaksiya 1910

Türkiyənin paytaxtı Ankara şəhərində 2 gün öncə baş verən terrorda ölənlərin sayı 97 olub.
Reaksiya.az xəbər verir ki, kimlikləri təsbit edilən 92 nəfərin 91-nin cənazəsi ailələrinə təhvil verilib. Ankara Baş Prokurorluğu işlərin fasiləsiz davam etdiyini bildirib.
Terroru həyata keçirən 2 canlı bombanın cənazələri üzərində də kimlik araşdırması aparılır.
Şərhlər