Çeçenistanda İŞİD əməliyyatı - VİDEO

12.10.2015 01:54     Dünyadan reaksiya     2019

Çeçenistanda İŞİD mənsubu olduğu iddia edilən üç müqavimətçi öldürülüb.

Reaksiya.az Qroznı TV - ə istinadən xəbər verir ki, 8 oktyabrda Çaxarqalanın Staropromıslovskiy rayonunda keçirilən əməliyyat haqqında xəbər yayımlayıb. Qroznı TV-yə açıqlama verən Çeçenistzn prezidenti Ramazan Kadırov öldürülən müqavimətçilərin İŞİD yaraqlıları olduqlarını və Çeçenistana Suriyada təlim aldıqdan sonar gəldiklərini söyləyib. Kadırov FTB və polisin ortaq çalışması ilə həyata keçirilən əməliyyatın müvəffəqiyyətlə nəticələndiyini bildirib. Çeçenistan təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamaya görə Zəlimxan Başanayev və Magomed Mazayev Çaxarqalada Staropromıslovskiy rayonunda yerləşən Mayakovski küçəsi 142 ünvanında kirayələdikləri mənzildə qətlə yetirilib. Çeçenistan təhlükəsizlik qüvvələrinin verdiyi digər məlumata görə isə üç nəfərlik qrupun lideri olan Şamil Çerkezov Qroznı Havaliman yaxın olan Proletarski küçəsində vuruldu. Çerkizovun istifadə etdiyi maşından açılan atəş nəticəsində iki polis də yaralanıb.

Qeyd edək ki, Rusiya mətbuatı keçirilən əməliyyatın yerli əhali üçün təhlükəsizlik problemləri yaşatdığını və bölgədə yaşayan vətəndaşların narahat  olduqlarını yazıb.

Şərhlər

Çox oxunanlar