"Nə olursa olsun, bunu etməyəcəyik" - Putin
12.10.2015 14:43 Dünyadan reaksiya 1910
Rusiya prezidenti Vladimir Putin Rusiyanın İŞİD-ə qarşı apardığı hava əməliyyatlarının ən incə təfərrüatına qədər planlaşdırıldığını bildirib.
Reaksiya.az xəbər verir ki, prezident "Rossiya 1" televiziya kanalına açıqlama verib.
O, hava əməliyyatlarındakı məqsədin yalnız Suriya ordusunun hücumlarına dəstək olmaqdan, Suriyadakı qanuni hakimiyyəti gücləndirməkdən ibarət olduğunu qeyd edib.
Qurudan əməliyyatların keçirilib-keçirilməməsi ilə bağlı sualı Putin belə cavablandırıb: "Nə olursa olsun, bunu etməyəcəyik. Suriyalı dostlarımız da bunu çox yaxşı bilir".
Şərhlər