"Bu terror hadisəsi Türkiyəni ikinci Suriya etməz"

12.10.2015 15:47     Dünyadan reaksiya     1924

"Bu terror hadisəsi Türkiyəni ikinci Suriya etməz".

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu NTV kanalına Ankarada baş verən terror aktıyla bağlı açıqlamasında deyib.

O, Ankaradakı partlayışın Türkiyənin sabitliyinə qarşı yönəldiyini söyləyib: "Bir daha həyatını itirən vətəndaşlarımıza rəhmət diləyirəm. Hazırda bir çox şəhərlərdə dəfn hazırlıqları var. Çox böyük acı yaşadıq. Son iki gün ərzində yaşadıqlarımız Türkiyənin nə qədər ciddi risklərlə qarşı-qarşıya olduğunu bir daha sübutu oldu. Bu hücum xalqımızın bütünlüyünə, demokratiyaya qarşı təşkil olunub.

Davudoğlu Ankarada meydana gələn partlayışla bağlı aparılan istintaqda İŞİD-in birinci prioritet olaraq araşdırıldığını qeyd edib: “Bir ada çox yaxınlaşmışıq. O ad bir təşkilata işarə edir”.

Şərhlər

Çox oxunanlar