Renzi: Avropa immiqrant böhranına gözlərini bağlaya bilməz

16.06.2015 12:05     Dünyadan reaksiya     1757

Fransaya keçmək istəyən onlarla qaçaq immiqrantın geri çevrilməsinin ardınca böhran getdikcə böyüyür. İtaliya baş naziri Matteo Renzi Avropanın immiqrant mübarizədə ölkəsini tək qoymamaqdan ötrü xəyal qırıqlığına uğradığını ifadə edib.

Renzi bu problemin yüngülə alınmaması lazım olduğunu ifadə edib: "Ya bunu Avropanın ortaq bir problemi kimi görəcəyik və buna görə də həmişə birlikdə həll edəcəyi ya da Avropa gözlərini bağladığı üçün bu təkcə İtaliya üçün bir problem olacaq ki, o zaman da İtaliya həmin problemlə üzləşəcək. Ancaq Avropanın ortaq dəyərlərdən ibarət olan böyük bir ev olduğuna inanmış biri kimi bunu xəyal qırıqlığı ilə söyləyirəm".

Renzi ayrıca sığınmacıların iltica müraciətlərini Avropa İttifaqında ilk ayaq basdığı ​​ölkədə etməsini şərt kimi qəbul edən Dublin haqqında Konvensiyanın də dəyişməsinin vacib olduğunu söyləyib.

İtaliyadan Fransaya keçmək istəyən onlarla immiqrant sərhədin Ventimiglia qəsəbəsi yaxınlarında hələ də gözləyir. İsveçrə sərhəd polisi də Milandan sürətli qatarla Fransaya getməklə yola çıxan bir qrup qaçaq immiqrant Domodossolaya geri qaytarıb.

Şərhlər

Çox oxunanlar