İqtisadiyyat üzrə Nobel mükafatçısı açıqlandı

12.10.2015 16:39     Dünyadan reaksiya     1843

İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı açqılanıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, mükafata britaniyalı alim Angus Deaton layiq görülüb.

A. Deaton İstehlak, yoxsulluq və rifah sahəsindəki analizlərinə görə Nobel alıb.

Qeyd edək ki, müxtəlif sahələrdə (tibb, fizika, kimya, ədəbiyyat və sülh) Nobel mükafatlarının bütün qalibləri elan olunub.

Mükafatların təqdimat mərasimi dekabrın 10-da - Alfred Nobelin anım günündə keçiriləcək. 

Şərhlər

Çox oxunanlar