Yunanıstandan Aİ liderlərini çaşdıran açıqlama

16.06.2015 12:22     Dünyadan reaksiya     1685

Yunanıstanın maliyyə naziri Yannis Varufakis ölkəsinin borc böhranı ilə bağlı Avropa İttifaqı və beynəlxalq kreditorların gözləntilərini boşa çıxaran bir açmıqlama verib.

Alman “Bilt” qəzetinə açıqlama verən Varufakis, cümə axşamı keçiriləcək Avrozona ölkələrinin Maliyyə Nazirlərinin konfransında yeni bir qənaət planını təqdim etməyəcəklərini söyləyib.

Müsahibədə Varufakisin Almaniyanın baş naziri Angela Merkelə göndərdiyi mesaj isə diqqət çəkib. Yunanıstanlı nazir, vətəndaşlarının avropalı liderlərin kəmər sıxma tələblərindən imtina gözlədiyini ifadə edib.

Yunanıstan bu ayın sonunda Beynəlxalq Valyuta Fonduna (BVF) 1.6 milyard avro ödəmək məcburiyyətindədir. Bunun üçün isə Avropa İttifaqının son Recovery Yardımından 7.2 milyard euroluk hissəsini bir kənara qoymasını gözləyir.

Brüsselin Afinadan gözlədiyi vergi artımı və ictimai büdcə məsələləri çox daha uzun müddət müzakirə olunacaq.Cümə axşamı günü bir orta yol tapılmasa yunan iqtisadiyyatı növbəti dəfə iflasın eşiyinə gələ bilər.

Şərhlər

Çox oxunanlar