Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

13.10.2015 01:08     Dünyadan reaksiya     1824

İsveçrə Xarici İşlər Nazirliyi Türkiyəyə səfər etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.

Reaksiya.az-ın “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, nazirlik Ankarada baş verən terror hücumlarından sonra İsveçrə vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.

Xəbərdarlıqda turistlərə əhalinin çox olan yerlərə getməmək və gəzintilərə çıxmamaq çağırışı edilib.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada keçirilən aksiya zamanı silsilə partlayışlar törədilib. Terror aktları nəticəsində 90-dan çox insan ölüb, 200-dən çox adam yaralanıb.

Şərhlər

Çox oxunanlar