"Prezident seçkiləri saxtalaşdırılıb" - Dövlət Departamenti
13.10.2015 01:57 Dünyadan reaksiya 1759
"Belarusda baş tutmuş prezident seçkiləri beynəlxalq standartlara cavab verməyib".
Reaksiya.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Belarusda səslərin sayılması və səsvermə prosesində ciddi problemlər mövcuddur. Dövlət Departamenti həmçinin ölkədə seçkilərin keçirilməsi ilə bağlı hüquqi bazanın yoxluğundan narahatlıq ifadə edib.
Bəyanatda qeyd olunub ki, yerli və beynəlxalq müşahidəçilər səslərin sayılması prosesindən kənarda qalıblar.
Xatırladaq ki, Belarusda keçirilən prezident seçkilərində səslərin 83,49 faizini toplayan Aleksandr Lukaşenko qalib gəlib.
Şərhlər