Ankaradakı terroru kim törədib? - Rəsmi açıqlama
13.10.2015 02:17 Dünyadan reaksiya 1944
Ankarada 97 nəfərin ölümü ilə nəticələnən qanlı terror aktını törədən iki kamekadzedən hər birisi gücü 5 kiloqram trotil ekvivalentində olan partlayıcı qurğunu işə salıblar. Reaksiya.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Numan Kurtulmuş bildirib.
Onun sözlərinə görə, terror aktı nəticəsində ölən 97 nəfərdən 92-sinin şəxsiyyəti məlumdur.
Xəstəxanalara müraciət edən 365 nəfərdən 58-si isə hələ də reanimasiya və terapiya şöbələrindədir.
Şərhlər