Avropa İttifaqı Rusiyaya çağırış etdi

13.10.2015 02:27     Dünyadan reaksiya     1771

Avropa İttifaqı Rusiyanı İslam Dövləti qrupu, ya da BMT-nin terrorçu təşkilat kimi tanıdığı başqa qrupların hədəf alınmadığı hava hücumlarını dərhal dayandırmağa çağırıb.

Reaksiya.az xəbər verir ki, Avropalı rəsmilər hesab edir ki, Rusiyanın siyasəti Suriyada vəziyyəti daha da gərginləşdirir.

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Suriyada 53 hədəfin vurduğunu bildirib.

Pentaqon rəsmiləri və Ağ Ev Rusiyanın Suriyaya müdaxiləsini tənqid edib. Bunun əsas səbəbi yeni hərbi kampaniyanın Birləşmiş Ştatların dəstəklədiyi və Bəşər Əsədə qarşı olan bəzi müxalif qrupları hədəf almasıdır.

Qeyd edək ki, Birləşmiş Ştatlar 13 ay bundan əvvəl Suriyada İslam Dövlət qrupuna qarşı hava hücumları kampaniyasına başlasa da, bu addım İŞİD yaraqlılarının irəliləməsinin qarşısını ala bilməyib.

Şərhlər

Çox oxunanlar