Münaqişə bahalaşmaya səbəb olub
13.10.2015 02:38 Dünyadan reaksiya 1647
Yəməndə hökumət qüvvələri və üsyançı husilər arasında silahlı münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb.
Reaksiya.az-ın verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında avqustla müqayisədə qiymət artımı 28% təşkil edib. Ölkədə münaqişə başlanandan etibarən isə qida məhsullarının qiyməti ümumilikdə 45% artıb.
Yəməndə həmçinin kəskin yanacaq qıtlığı müşahidə edilir: “Sentyabrda Yəmənə Qırmızı dəniz vasitəsilə ölkəyə tələb olunan yanacağın cəmi 1%-i idxal edilib. Müqayisə üçün, avqust ayında bu rəqəm 12-yə bərabər idi”, deyə S.Düjarrik bildirib.
Şərhlər