Diplomatlar terror qurbanlarını yad edib
13.10.2015 05:21 Dünyadan reaksiya 1705
Avropa İttifaqının Türkiyədəki diplomatik missiyalarının rəhbərləri bu gün paytaxt Ankarada qanlı terror aktının törədiliyi meydanda toplaşıblar.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qərb diplomatları terror qurbanlarının sayı qədər qərənfilləri faciə yerinə düzüblər.
Ötən həftə Ankarada dəmiryol vağzalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 97-ə, yaralıların sayı isə 246 nəfərə çatmışdı.
Şərhlər