BMT-nin yeni büdcəsi nə qədər olacaq?
13.10.2015 02:46 Dünyadan reaksiya 1620
Pan Gi Mun təşkilatın büdcəsinin 5,57 milyard dollar həcmində qəbul olunmasını təklif edib. Reaksiya.az-ın verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun 2016-2017-ci illər üçün BMT büdcəsinin layihəsini Baş Assambleyanın müzakirəsinə çıxarıb.
Pan Gi Mun təşkilatın büdcəsinin 5,57 milyard dollar həcmində qəbul olunmasını təklif edib.
Bu rəqəm təşkilatın hazırki iki illik büdcə göstəricisindən 90,8 milyon dollar yəni 1,6 faiz azdır.
Xatırladırıq ki, 2014-2015-ci illərdə BMT-nin büdcəsi 5,5 milyard dollar təşkil edib.
Yeni büdcə layihəsi cari ilin sonunadək təsdiq edilməlidir.
Şərhlər