Rusiya Böyük Britaniyadan izahat tələb edir
13.10.2015 03:38 Dünyadan reaksiya 1527
Böyük Britaniyanin Moskvadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Reaksiya.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, rəsmi Moskva Britaniya Hərbi Hava Qüvvələri (RAF) pilotlarına Yaxın Şərqdə Rusiya təyyarələrini vurmaq icazəsi verilməsi barədə mətbuat xəbərlərilə əlaqədar izahat istəyib.
Britaniya XİN sözçüsü attaşenin Rusiya Müdafiə Nazirliyi rəsmilərilə bazar günü görüşdüyünü söyləyib.
"Rusiya höküməti qeyri-dəqiq qəzet məlumatı ilə bağlı RAF qüvvələrinin İraqda əməliyyatları barədə izahat istəyib", XİN rəsmisi qeyd edib.
Britaniya qəzetlərinin yazdığına görə, İraqda RAF Tornado təyyarələri hava döyüşləri aparmaq üçün nəzərdə tutulmuş infra-qırmızı raketlərlə təchiz olunub.
Lakin Britaniya Müdafiə Nazirliyi bu məlumatların "tamamilə həqiqətə uyğun olmadığını" bildirib.
Britaniya XİN-i Moskvadakı attaşe tərəfindən Rusiya hərbi əməliyyatı ilə bağlı narahatlığın təkrarlandığını qeyd edib.
Bundan əvvəl baş nazir David Kameron Suriyaya Rusiya hərbi müdaxiləsini "qəssab" prezident Bəşər əl-Əsədə dəstək olduğunu demişdi.
O, eləcə də Rusiya qüvvələrinin İŞİD qruplaşması ilə Suriya prezidentinə qarşı döyüşən digər qruplar arasında fərq qoymadan zərbələr endirməsindən narahatığını bildirmişdi.
Şərhlər