Sabiq prezidentin övladları azadlığa buraxıldı
13.10.2015 06:32 Dünyadan reaksiya 1494
Misir məhkəməsi maliyyə fırıldağında təqsirli bilinən ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu barədə qərar qəbul edib.
Reaksiya.az xəbər verir ki, Qahirə Cinayət Məhkəməsinin qərarına əsasən, Əlaa və Hamal Mübarək qardaşlarının dəmir barmaqlar arxasında keçirdikləri müddət onların cəza çəkəcəkləri vaxtı üstələyib.
2011-ci ildə devrilmiş keçmiş prezidentin hər iki oğlu atalarından dərhal sonra maliyyə fırıldağında ittiham olunaraq həbs ediliblər.
Bu ilin may ayında onlar üç il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər