Müxalif partiya lideri həmkarına "yox" dedi
13.10.2015 06:41 Dünyadan reaksiya 1942
Bağçalı səbəb kimi vaxtın uyğun olmamasını göstərib.
Dünən Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün müzakirə mövzusu Ankarada baş verən terror hadisəsi olub.
Görüşdən sonra Kamal Kılıçdaroğlu Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalıya və Xalqların Demokrasiyası Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşa da görüş təklifi göndərib. Lakin MHP sədri görüşə rədd cavabı verib. Buna səbəb kimi də vaxtın ona uyğun olmadığını bildirib.
HDP isə görüşə müsbət cavab verib.
Qeyd edək ki, MHP liderinin cavabı Türkiyədə geniş müzakirələrə səbəb olub.
Şərhlər