“İŞİD sıralarında döyüşən 136 Fransa vətəndaşı öldürülüb”
13.10.2015 04:07 Dünyadan reaksiya 1718
Fransa İŞİD terror qruplaşması ilə mübarizə aparır. Çünki bu qruplaşma təhlükə mənbəyidir və bilavasitə Fransa ərazisində terror aktları törətməyi planlaşdırır.
Reaksiya.az-ın verdiyi məlumata görə, bunu Fransanın baş naziri Manuel Vals bəyan edib.
“Təsadüfi deyil ki, ötən həftə və sentyabrın sonlarında Fransa hərbi aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirib. Həmin bazalarda Fransadan olan terrorçular hazırlıq keçib. Son hava hərbəsi zamanı azı 6 Fransa vətəndaşı məhv edilib. Ümumilikdə, Yaxın Şərqdə münaqişə başlanandan 136 fransalı cihadçı öldürülüb”, deyə M.Vals bildirib.
Şərhlər