Türkiyədə hərbçilərə hücum - 1 şəhid, 4 yaralı

13.10.2015 07:19     Dünyadan reaksiya     1472

Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.

Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 meşəbəyi yaralanıb.

Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub.  

Baş verən atışma zamanı 3 hərbçi və 2 meşəbəyi yaralanıb. Şırnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Çox oxunanlar