Bu ölkənin müdafiə naziri işdən qovuldu
13.10.2015 08:04 Dünyadan reaksiya 1668
Qırğızıstan müdafiə naziri Abibilla Kudayberdiyev vəzifəsindən uzaqlaşdırılıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev sərəncam imzalayıb. O, vəzifəsindən sui-istifadə etdiyinə görə postundan kənarlaşdırılıb.
Qırğızıstan Milli Təhlükəsizlik Şurasının (MTŞ) Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin araşdırması zamanı Müdafiə Nazirliyinin büdcədən qeyri-qanuni yollarla maliyyə vəsaiti mənimsədiyi (174 min dollar) ortaya çıxıb.
Şərhlər