İndoneziyada vulkan püskürməsi minlərlə insanı evsiz qoyub

16.06.2015 13:18     Dünyadan reaksiya     1469

İndoneziyada vulkan yaxınlığında yaşayan minlərlə insan şiddətli püskürmə başladıqdan sonra evlərini tərk etməyə məcbur olublar. Azı 3000 insan öz evindən didərgin düşüb.

Sumatra adasında yerləşən Sinabung dağı 2010-cu ildə fəallaşsa da, bu il iyunun 2-dən bəri fəallıq yüksək həddə çatıb.

2010-ci ilə qədər vulkan 400 ildən artıq fəaliyyətsiz olub.

Sumatranın hərbi komandanı deyib ki, gələcək günlərdə daha minlərlə insan ərazidən təxliyə ediləcək.

Azı 3000 insan öz evindən didərgin düşüb.

Alimlər növbəti həftələrdə vulkanın daha çox təhlükə yaradacağından narahatdırlar.

Bazar ertəsi isti kül və qaz axınından ibarət ən azı 28 piroklastik axın yüksək sürətlə dağın bir tərəfindən axıb.

İndoneziya dövlət vulkanoloqu Gede Suantika bildirib ki, Sinabung dağında lava örtüyünün böyüdüyünə dair işarələr var.

Sinabung dağının ən təhlükəli vaxtı iyunun 2-də müşahidə olunub.

Ötən ilin fevralında Sinabung dağında baş vermiş piroklastik axına görə azı 14 nəfər həyatını itirmişdi.

 

Şərhlər

Çox oxunanlar