3 almandan biri Merkelin istefasını istəyir
13.10.2015 16:25 Dünyadan reaksiya 1936
Almaniyada “Focus Online”in apardığı sorğuya görə, ölkə vətəndaşların üçdə biri kansler Angela Merkelin yürütdüyü qaçqın siyasəti səbəbiylə istefaya getməsinin vacibliyini düşünür.
Reaksiya.az xəbər verir ki, Merkel isə sorğuların onu maraqlandırmadığını və problemləri həll edəcəyini bildirib.
Sorğuya qatılanların 33 faizi Merkelin yürütdüyü qaçqın siyasətini pisləyib. 15 faiz fikir bildirməkdən imtina edib. 52 faiz isə kanslerin istefa etməsinə qarşı çıxıb.
Şərhlər