Baş nazir israfçılıqda şübhəli bilinir

14.10.2015 00:33     Dünyadan reaksiya     1504

Florensiya məhkəməsi israfçılıqda şübhəli bilinən İtaliyanın baş naziri Matteo Rentsi barəsində araşdırmalara başlayıb.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayılıb.  

İstintaqın versiyasına əsasən, Rentsi şəhərin meri vəzifəsində çalışarkən restoranlarda hesabı şəhər büdcəsinin vəsaitləri hesabına ödəyib.   

Məlumata görə, Matteo Rentsi Florensiya meri vəzifəsində olarkən  restoranlarda hesabların ödənilməsinə 600 min avro sərf edib.  

Şərhlər

Çox oxunanlar