Donbasda “Boeing”in vurulması ilə əlaqəli olan şəxslər müəyyənləşib

14.10.2015 01:27     Dünyadan reaksiya     1550

2014-cü ildə “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulmasını araşdıran Niderlandın Təhlükəsizlik Şurası və müstəntiqlərdən ibarət beynəlxalq komanda təyyarənin vurulması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirib.

Reaksiya.az-ın xəbərinə görə, bunu  “Reuters” Niderland tərəfinə istinadən məlumat yayıb.

Məlumata görə, istintaq şübhəlilərin adlarını mətbuata açıqlamayıb.  

Qeyd edək ki,  Niderlandın Təhlükəsizlik Şurası bundan əvvəl 2014-cü ildə Malayziyanın “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq istintaqın nəticələrinə dair məruzəni dərc edib.

 Xatırladaq ki, 2014-cü  ilin iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçan “Malaysia Airlines” aviaşirkətinin “Boeing 777” tipli sərnişin təyyarəsi Donetsk vilayətinin şərqində vurulması nəticəsində 298 nəfər ölüb. 

Şərhlər

Çox oxunanlar