Dağıntılar zamanı itkin düşənlərin axtarışı dayandırılıb
14.10.2015 02:34 Dünyadan reaksiya 1423
Qvatemalada xilasedicilər Santa-Katarina-Pinula bələdiyyəsində baş verən sürüşmə zamanı zərərçəkənlərin axtarışını dayandırıblar.
Reaksiya.az report-a istinadən xəbər verir ki, bu günə qədər aparılan axtarışlar zamanı 280 təbii fəlakət qurbanının meyiti tapılıb, təqribən 70 nəfərin taleyi isə naməlum qalıb.
Təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli əlaqələndirmə mərkəzinin rəhbəri Alexandro Maldonadonun sözlərinə görə, indi hakimiyyət fəlakətin ziyan vurduğu yerdə bərpa işləri ilə məşğul olacaq.
Təbii fəlakət nəticəsində 125 ev sökülüb, 90 ev ziyan görüb.
Şərhlər