Avropa Komissiyasının nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14.10.2015 04:06 Dünyadan reaksiya 1396
Avropa Komissiyasının (AK) vitse-prezidenti Frans Timmermansın rəhbərlik etdiyi AK-nın nümayəndə heyəti qaçqın böhranının müzakirəsi məqsədilə oktyabrın 14-də Türkiyəyə səfər edəcək. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu AK-nın rəsmi nümayəndəsi Marqaritis Skinas deyib.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qaçqınlara dəstək və miqrasiyaya nəzarətə dair birgə tədbirlər planını təqdim etmişdi. AK prinsipial razılaşmanın əldə edildiyini və birgə işin detallarının razılaşdırılacağını qeyd edib. Plana əsasən, tədbirlərə dərhal başlanılması nəzərdə tutulub.
Şərhlər