Polis rəisi və daha iki məmur işdən uzaqlaşdırıldı

14.10.2015 04:14     Dünyadan reaksiya     1586

Ankarakı terror aktının istintaqının keyfiyyətli aparılması məqsədilə Türkiyə paytaxtının polis rəisi (əmniyyət müdiri), kəşfiyyat şöbəsinin rəhbəri, təhlükəsizlik şöbəsinin müdiri işdən uzaqlaşdırılıb. Reaksiya.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə əmr Daxili İşlər Nazirliyi tərəfindən verilib. 
Nazirlik rəsmi saytında bunula bağlı rəsmi açıqlama yayıb. 
Ankaranın polis rəisinin səlahiyyətlərini rəis müavini Əhməd Hakan müvəqqəti icra edəcək.

Şərhlər

Çox oxunanlar