Pentaqon İŞİD silahlıların sayı ilə bağlı son məlumatı açıqlayıb
14.10.2015 04:38 Dünyadan reaksiya 1436
Hazırda Suriya və İraqda 30 minədək İŞİD silahlısı fəallıq nümayiş etdirir. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
“Bizim məlumatımıza əsasən, orada 20 mindən 30 minədək silahlı var”, deyə ABŞ qərargahının nümayəndəsi Stiv Uorren qeyd edib.
Uorren ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əməliyyatlar dövründə 20 minədək silahlını məhv etməsi barədə mətbuatda yayılmış xəbərlərə şərh verməkdən boyun qaçırıb.
Şərhlər