BMT qadınlarla bağlı qətnamə qəbul edib

14.10.2015 06:18     Dünyadan reaksiya     1613

BMT Təhlükəsizlik Şurası hərbi münaqişələr şəraitində qadınların müdafiəsi haqqında qətnamə qəbul edib.

Reaksiya.az-ın verdiyi xəbərə görə, 2240 saylı qətnamə 2000-ci ildə qəbul olunmuş 1325 saylı qətnamənin davamı olaraq “Qadınlar, sülh və təhlükəsizlik” proqramı çərçivəsində Böyük Britaniya və İspaniya tərəfindən hazırlanıb və yaxın 15 ilə hesablanıb.

“Münaqişələr zamanı çox vaxt qadın olmaq əsgər olmaqdan daha təhlükəlidir. 2240 saylı qətnamənin məqsədi onların müdafiəsinin daha gücləndirilməsidir”, deyə İspaniyanın baş naziri Mariano Raxoy BMT TŞ iclasında bildirib.  

“Cinslərin bərabərsizliyi - ədalətsizlik, tərəqqiyə maneə, sülh və təhlükəsizliyə təhlükədir”, deyə Raxoy qeyd edib.  

Qətnamə yekdilliklə qəbul olunub. 

Şərhlər

Çox oxunanlar