​ABŞ-da təyyarə qəzaya uğrayıb - ölənlər var

14.10.2015 07:33     Dünyadan reaksiya     1567

ABŞ-ın Florida ştatında kiçik təyyarə səyyar evlərin yerləşdiyi qəsəbə ərazisində qəzaya uğrayıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, bu barədə şəhərin Palm-Biç şəhərinin Yanğın-Xilasetmə Xidmətinin kapitanı Alberto Borroto məlumat verib.

"Ölənlər var, onların sayı müəyyənləşdirilir", - deyə o bildirib.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına iki evdə baş verən yanğın səbəb olub.

Federal Aviasiya İdarəsi faktı təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə məlumat verilmir.

Şərhlər

Çox oxunanlar