Rusiya yeni müqavilə layihəsini ABŞ-a təqdim edib
14.10.2015 08:02 Dünyadan reaksiya 1452
Rusiya Müdafiə Nazirliyi Suriyada əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair müqavilə layihəsini ABŞ-a təqdim edib.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
“Bu ilin oktyabrın 10-da keçirilmiş videokonfrans zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi Suriyanın hava məkanında əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair Rusiya-ABŞ müqaviləsinin mətnini hazırlayıb”, deyə məlumatda bildirilir.
Məlumata görə, 2015-ci ilin oktyabrın 13-də sənədin layihəsi hərbi-diplomatik kanallarla ABŞ-a təqdim edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında rusiyalı mütəxəssislərin amerikalı həmkarları ilə növbəti videokonfransı oktyabrın 14-də keçirməyə hazır olduğu qeyd edilir.
Şərhlər