Ərdoğan 5 gün sonra partlayış yerində - VİDEO
14.10.2015 10:54 Dünyadan reaksiya 1995
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada partlayışın baş verdiyi əraziyə gedərək qərənfil qoyub.
Reaksiya.az xəbər verir ki, dövlət başçısı Ankarada 97 nəfərin həyatını itirdiyi partlayışın olduğu meydana gəlib.
Finlandiya Prezidenti ilə birlikdə əraziyə gələn Ərdoğan qərənfil qoyaraq 1 dəqiqə sükut edib.
Qeyd edək ki, Ankarada keçirilən terror hücumunda 97 nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.
Şərhlər