”İraq türkmənlərinin vəziyyəti heç də yaxşı deyil” - Kahtan Vendavi

14.10.2015 13:35     Dünyadan reaksiya     2117

İraq türkmənlərinin taleyi ilə bağlı çox deyilib, çox yazılıb. Qan qardaşlarımızın hazırkı durumu ilə bağlı əlaqə saxladığımız Kerkük Daimi Təhsil Mərkəzinin rəhbəri, aktivist Kahtan Vendavi Reaksiya.az –a açıqlamasında bildirib ki, İraq Türkmənlərinin vəziyyəti heç də yaxşı deyil: “Çünkü bir çox ərazilərimizdə terror havası hökm sürür və bizə Türkiyədən başqa heç kim dəstək olmur. Və bizə Türkmənlər olaraq dövlət idarələrində mükəmməl bir şəkildə təmsil olunmağa imkan verilməyib və daim gizli bir əl bizi bölməyə, ayırmağa çalışır. Silahlı qüvvələrimiz olmadığında hələ də İraqlı türkmənlər şəhid edilır”.

Şərhlər

Çox oxunanlar