Ankara partlayışını törədənlərin adları açıqlandı - VİDEO
14.10.2015 15:09 Dünyadan reaksiya 1794
Ankaradakı partlayışda canlı bombaların şəxsiyyətləri müəyyən edilib. Canlı bombalardan birinin Yunus Əmrə Alagöz olduğu təsdiqlənib.
Reaksiya.az xəbər verir ki, ikinci canlı bombanın isə Ömər Dəniz Dündar olduğu ortaya çıxıb.
Məlumata görə, hər iki canlı bomba müxtəlif avtomobillərlə Qaziantepdən gəlib.
Y.Ş. adlı şəxs isə canlı bombaları hazırlayıb. Onları Ankaraya gətirən avtomobillərin sahibləri və Y.Ş. Qaziantepdə saxlanılıb.
Təhlükəsizlik qüvvələri hücumdan sonra kameralardan ikinci canlı bombanın kimliyini əldə edib. DNT testlərilə uyğun gələn Ömər Dəniz Dündar, Yunus Əmrə Alagözün Qaziantepdən “Ford Fokus” və “Citroen” markalı iki ayrı avtomobillə Ankaraya gəldikləri müəyyənləşdirilib.
Hücumdan öncə Y.Ş. ilə birlikdə ərazidə araşdırma aparan canlı bombaların Suriyadan Türkiyəyə keçid etdikləri ehtimalı üzərində dayanılır.
Bu gün səhər Qaziantepdə Y.Ş. ilə iki avtomobilin sahibi də saxlanılıb. Onların Ankaraya göndəriləcəyi deyilir.
Şərhlər